Hacıqabulda “patı” əməliyyatı
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2021, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2021, 10:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA