reklam
Regionxeberlericom.az » Hadisə » “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhləni elektrik cərəyanı vuraraq öldürdü

reklam

“Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhləni elektrik cərəyanı vuraraq öldürdü

İyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə. aparılmış araşdırmalarla müəyyən edilib ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.


Paylaş:


Müəllif : Tarix:
8-07-2021, 10:14
Sikayət   


loading...
Загрузка...