Əri hədiyə almadığı üçün özünü bıçaqlayan qadından XƏBƏR VAR

Xəbər verdiyimiz kimi Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb. İntihara cəhd edən qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Alim Məmmədov bildirib ki, Konstatinova Svetlana Nikolayna hazırda xəstəxananın reanimasiya şöbəsindədir:
"Qadın qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Onun qarın boşluğu, bağırsağı və piyliyi zədələnmişdi. 48 yaşlı qadınının sadalanan orqanları tikiş qoyuldu. Hazırda reanimasiya şöbəsindədir. Ona bütün zəruri tibbi yardım göstərilir".
A.Məmmədov qeyd edib ki, əməliyyat olunan qadının mübahisə etdiyi həyat yoldaşı xəstəxanaya gəlməyib. Xəstəxanada Svetlana Nikolaynanın oğlu ancaq onun yanında olub.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır. Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri ona heç bir hədiyyə almadığından özünü bıçaqlayıb.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır./unikal.org/
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2019, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2019, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:34
Bu gün, 08:26
Bu gün, 08:25
Bu gün, 08:20
Dünən, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib