“İkinci mühəndis öldü, mən də yaralıyam, çox pis döyüblər...” - TÜRKİYƏ GƏMİSİNƏ QULDUR HÜCUMUNUN VİDEOKADRLARI

Yanvarın 23-də axşam Qvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalan Türkiyə quru yük gəmisində həmin anlar baş verənlərin videogörüntüləri yayılıb. Virtualaz.org xəbər verir ki, Türkiyə KİV-lərinin yaydığı görüntülər gəminin videomüşahidə kameraları tərəfindən çəkilib.
Xatırladaq ki, gəmiyə hücum zamanı quldurlar 2-ci mühəndis, Azərbaycan vətəndaşı Fərman İsmayılovu öldürüblər, bir heyət üzvünü (4-cü kapitan) yaralayıblar, 15 heyət üzvünü qaçırıblar. Qaçırılan heyət üzvlərinin aqibəti məlum deyil, çünki hadisədən sonra quldurlarla hansısa təmas mümkün olmayıb.
Kadrlara əsasən silahlı və qaradərili quldurlar gəminin kapitan körpüsündə avadanlıqları və cihazları sıradan çıxarır, əllərindəki silahlarla heyət üzvlərini döyür.
4-cü kapitan Furkan Yarenin səs yazısı da yayılıb və o, gəmidə baş verənlərdən danışır. “İkinci mühəndis öldürüldü, mən də yaralıyam. Güllə dəyib, həm də çox pis döyüblər. Gəminin radarları, naviqasiya cihazları işləmir, kabelləri kəsiblər, kor-korana , quldurlar tərəfindən verilən marşrutla üzməkdəyik”,-o bildirir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2021, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2021, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:56
Dünən, 09:46
Dünən, 08:20
7-09-2025, 11:30
7-09-2025, 11:21

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı