Azərbaycanda kimyaçı alim vəfat edib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru Ələfsər Bəxtiyar oğlu Məmmədov ömrünün 68 yaşında dünyasını dəyişib.
AMEA-dan bildirilib ki, Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəkidə anadan olub. 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə.Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləyib. 1980-ci ildə kimya üzrə fəlsəfə, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Alim elmi fəaliyyətlə yanaşı, müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, eləcə də 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbin Tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.
Ə.Məmmədov müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-01-2021, 13:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-01-2021, 13:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.