reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda evdə partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı

reklam

Azərbaycanda evdə partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı


Masallıda evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-04-2020, 09:52
Sikayət   


loading...
Загрузка...