Bloqer və xanımı həbs edildi
Gürcüstanda bloqer Uça Abaşidze və həyat yoldaşı Mariam Yaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
İclasda hər iki təqsirləndirilən şəxs iştirak edib. U.Abaşidzenin sözlərinə görə, o, axtarış zamanı alçaldıcı rəftara məruz qalıb.
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna qarşı etiraz aksiyalarında iştirak edən U.Abaşidze mayın 10-na keçən gecə Gürcüstan parlamentinin və Ədliyyə Nazirliyinin saytında kiberhücumla bağlı aparılan axtarış zamanı polis tərəfindən saxlanılıb. Abaşidzenin evində axtariş aparılan zaman oradan silah və sursat tapılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib ki, Uça Abaşidzedən götürülən silah və sursatlar hərbi silahlardır. "Ballistik ekspertizanın nəticələrinə əsasən, götürülmüş silah və döyüş sursatları odlu silah və döyüş sursatı kateqoriyasına aiddir və istifadəyə yararlıdır”, - DİN-dən bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2024, 21:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?