Məişət tullantıları poliqonunu sel suları basdı - Video

Bir neçə gündür ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bəzi bölgələrdə fəsadlarla nəticələnib.
Yağan yağışlarla əlaqədar ötən gün Göyçay rayonunda çaydan sel keçib. Nəticədə çay yatağına məişət tullantıları dolub. Bunu əks etdirən görüntülər isə sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, rayonun Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillər sel vasitəsilə çayın yatağına gəlib: “Mayın 13-də Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb. Nəticədə poliqonda toplanmış məişət tullantıları paylaşımda göstərilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb. Hazırda rayonun Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.
Yayılan görüntülərlə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə də sorğu ünvanladıq. Qurum rəsmisi Akif Məmmədov qeyd etdi ki, hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh orqan olan Göyçay rayon Komunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2024, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?