İlqar Məmmədov seçkiyə qatılacağı dairəni açıqladı
"Dünən bir neçə xəbər saytı "qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd olacağımı yazıb. Keçən dəfə orda İqbal Ağazadə - Rauf Arifoğlu yarışı heç-heçə ilə bitdi: dairənin nəticəsi ləğv olundu, yenisi keçirilmədi. Onların eyni yarışa yenidən girəcəyi yazılır”.
RegionXəbərləricom.az Modern.az-a istinadən xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov avqust-sentyabr aylarında keçirilməsi planlaşdırılan parlament seçkiləırində iştirakı barədə deyib.
İ.Məmmədov bildirib ki, İqbal Ağazadə - Rauf Arifoğlu yarışının gözlənildiyi dairədə onun da namizəd olacağı haqda deyilənlər doğru deyil:
"Qərarlarımız tam şəffafdır və aşağıda bunu bir daha xatırladıram.
Ötən ilin noyabrından başlayaraq 1000-dən çox adamın qatıldığı, üç dövrədən ibarət hazırlıq sorğuları keçirdim. Əvvəlcə, Teleqram kanalımın oxucularından xahiş elədim ki, Bakı və Sumqayıtda yerləşən dairələrdən birini mənə tövsiyə eləsinlər. O sorğuda 24 dairə seçildi. Növbəti sorğuda 24-ün arasından 10 dairə seçdik. Sonuncu - üçüncü sorğu bu ilin fevralında idi. Nəticəsinə əsasən, siyahımda cəmi 6 dairə qaldı: №8 Binəqədi, №15 Yasamal, №17 Yasamal, №19 Nərimanov, №22 Nəsimi-Yasamal, №35 saylı Xətai.
Bunlar arasında seçmək daha da çətin idi. Hərəsində ayrı bir üstünlük görürük. Axırda ReAl Siyasi Komitəsi belə tövsiyə elədi ki, №22 Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır.
Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərar da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən, son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2024, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?