İranda bayrağımıza qarşı hörmətsizlik – Səfirlik susur...

İran İslam Respublikasında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.
regionxeberlericom.az Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan şairi Məhəmməd Şəhriyarın adını daşıyan 5 ulduzlu beynəlxalq mehmanxananın qarşısında bayrağımızın asılmasında nöqsana yol verilib.
Belə ki, bayrağımızdakı yaşıl rəng üfüqi istiqamətdə aşağıda olduğu halda yuxarıda, mavi rəng isə əksinə, aşağıda əksini tapıb. Eyni zamanda bayraq üzərindəki səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib.
Məlumat üçün bildirək ki, mehmanxananın qarşısında bir çox ölkələrin bayraqları dalğalansa da, onların asılmasında heç bir yanlışlığa yol verilməyib.
Bununla bağlı İran İslam Respublikasının ölkəmizdəki səfirliyi ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə cəhdlərimizə baxmayaraq, telefon zəngimizi cavablandıran olmadı.
Xatırladaq ki, bu islam ölkəsində bayrağımıza qarşı bu cür yanaşma birinci dəfə deyil. 2017-ci ildə Kirmanşah şəhərində sərbəst güləş üzrə keçirilən Dünya Kuboku yarışında da bayrağımız təhrif olunmuş formada təqdim edilmişdi. Hətta həmin vaxt bayrağımızdakı rənglər arasına əsassız olaraq 2 ağ zola əlavə edilmişdi
Bunun nə dərəcə də təsadüf olduğu isə istər-istəməz şübhə doğurur.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-04-2019, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-04-2019, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….