reklam
Regionxeberlericom.az » Hadisə » İdman müəllimi Avropa çempionunu qəbirstanlıqda qətlə yetirdi - YENİLƏNİB

reklam

İdman müəllimi Avropa çempionunu qəbirstanlıqda qətlə yetirdi - YENİLƏNİB


Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

***

10.30

Şamaxıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılb.



Paylaş:


Müəllif : Tarix:
1-02-2020, 15:10
Sikayət   


loading...
Загрузка...