
Səfər Əbiyev də pullarını oğlu vasitəsilə çıxarır - FOTO
"Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir".
Bu sözləri araşdırmaçı jurnalist Hafiz Babalı feysbuk səhifəsində yazıb.
Jurnalist qeyd edir ki, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur:
"2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli,43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı "Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır. Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. "Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı.
2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib".



Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bu sözləri araşdırmaçı jurnalist Hafiz Babalı feysbuk səhifəsində yazıb.
Jurnalist qeyd edir ki, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur:

2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib".




Paylaş:
Müəllif :
Yazar
Tarix:10-01-2020, 10:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….
