Şirniyyatın içərisində ölkəyə narkotik keçirmək istədilər

Biləsuvar gömrük postunda ölkəyə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məluamat görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikası vətəndaşının əl yükləri rentgen aparatı ilə yoxlanılarkən monitorda şübhəli predmetlər müşahidə olunub.
Vətəndaş sorğu-sual zamanı əl yüklərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib. O, əlindəki sellofan torbada yalnız şirniyyat olduğunu qeyd edib.
Lakin təkrar baxış zamanı sellofan torbada olan bir ədəd qutunun içində 1 bükümdə, qablaşdırılması ilə birgə çəkisi 301 qram təşkil edən narkotik vasitə - heroin və 1 bükümdə, üzərində "F/M40" nişanəsi olan 100 ədəd metadon həbləri aşkarlanıb.
Bundan başqa, həmin sellofan torbada hər biri ayrı-ayrı polietilendə qablaşdırılmış şirniyyatların daxilində də cəmi 3 bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 502 qram olan heroin aşkar edilib.
Beləliklə, aşkara çıxarılan bütün heroinin ümumilikdə çəkisi 803 qram təşkil edib.
Onu da xatırladaq ki, aşkar olunan metadon həbləri də sintetik narkotik vasitə sayılır və "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-11-2019, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-11-2019, 10:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.