Qayınana, qayınata və baldız birləşib gəlini döydü - Bu qədər cərimələndilər

Astara rayonunda ailədaxili münaqişə qayınana, qayınata və baldızın cərimə edilməsi ilə yekunlaşıb.
Rayonun Ərçivan qəsəbə sakini olan S.Hasilova (şərti) yaşadığı evdə qayınanası, qayınatası və baldızı tərəfindən döyüldüyünü bildirib. Onun müraciəti polis tərəfindən araşdırılıb. Nəticədə S.Hasilovanın 69 yaşlı qayınatası, 66 yaşlı qayınanası və 42 yaşlı baldızı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və onlar saxlanılıblar.
Astara Rayon Məhkəməsində tərəflərin iştirakı ilə keçirilən prosesdə S.Hasilova hadisə baş verən gün evə gəldiyini və mətbəxdə baldızı ilə mübahisə etdiyini, bu zaman qayınanası ilə qayınatasının ona hücum edərək döydüklərini, təhqiramiz sözlər dediklərini və zorla otağına saldıqlarını bildirib.
Barələrində protokol tərtib edilmiş gəlinin ailə üzvləri onunla aralarında sözlü mübahisə olduğunu, S.Hasilovaya qarşı fiziki zorakılıq göstərmədiklərini deyiblər.
Məhkəmənin qərarı ilə qayınata və baldız ayrılıqda 50 manat, qayınana isə 100 manat cərimə edilərək sərbəst buraxılıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2025, 14:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO