Kuşadasındakı hoteldə azərbaycanlı kişinin meyiti tapıldı

Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasındakı hotel otağında ölü tapılıb.
RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.
Bildirilir ki, hadisə dünən saat 13.30 radələrində Kadınlar Dənizi məhəlləsində yerləşən 5 ulduzlu oteldə baş verib.
Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gedib. M. Məmmədov səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa qalxıb.
Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər.
Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları cəlb edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən olunub. Onun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.
Onun Azərbaycanda mühafizəçi kimi fəaliyyət göstərdiyi qeyd olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-08-2024, 09:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib