“Gilavar”da dava - 5 nəfər saxlanılıb

Avqustun 4-nə keçən gecə Bakı şəhər Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava-dalaş olub.
Restoranda istirahət edən 5 nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.
Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəlib. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslərin hamısı saxlanılaraq polis bölməsinə aparılıb.
Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri əsasında protokol tərtib edilib. Daha sonra onlar məhkəməyə göndərilib. Digər 3 nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşənə 20 sutka inzibati həbs cəzası verilib. Kamran isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2024, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib