İnsanları aldatmaqda şübhəli bilinən şirkət əməkdaşları saxlanıldı

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.
DİN-dən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl “Go Abroad” MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş elanları verməyə başlayıb. Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Hollandiya, İngiltərə və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar.
Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.
Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.
Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.
“Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2024, 17:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II