YAP qərar verdi: Bu deputatlar yola salınır - ADLAR
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər son günlər daha intensiv xarakter alıb. Marafonun çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində gerçəkləşəcəyi bildirilir.
Qeyd edək ki, ölkənin siyasi elitası da artıq bu kampaniyaya start verib. Müxalifətin aparıcı təşkilatlarından olan ReAl və Ümid partiyaları özlərinin namizədlərini müəyyənləşdirməyə başlayıblar.
Hakim Yeni Azərbaycan Partiyasında da qeyri-publik formada seçki hazırlıqlarına start verildiyi deyilir. Ölkənin siyasi həyatında müəyyən çəkiyə sahib olan partiyaların və ayrı-ayrı tanınmış şəxslərin də bu mühüm kampaniyanı gözlədiyinə dair məlumatlar var.
İqtidar komandası növbədənkənar parlament seçkilərinə əvvəlki dövrlə müqayisədə daha ciddi hazırlaşır. YAP artıq öz namizədlərini saf-çürük etməyə başlayıb. Partiyanın aparıcı funksionerlərindən birinin saytımıza bildirdiyinə görə, ölkənin ən iri siyasi təşkilatının budəfəki siyahısında xeyli dəyişikliklər olacaq.
Mənbə ötən 4 ildə etimadı doğrultmayan YAP-çıların yola salınacağını deyib. Onun sözlərinə görə, deputat mandatı ilə vidalaşacaq şəxslərin siyahısında yaşı 70-i ötmüş bir neçə tanınmış partiya funksioneri də var. bu siyahıya 78 yaşlı Mixail Zabelin başçılıq edir. Həmçinin yaşı 70-i ötmüş İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Eldar Quliyev, Cavanşir Paşazadə, Elman Məmmədov, Eldar İbrahimov kimi tanınmış YAP-çıların da parlamentin növbəti tərkibində yer almayacağı bildirilir.
Məlumatlarda o da qeyd olunur ki, hakim partiya budəfəki seçkilərdə daha gənc və enerjili şəxslərin namizədliyini dəstəkləməyə qərar verib. YAP üzvü olmayan 84 yaşlı Ziyad Səmədzadəyə, 77 yaşlı Vahid Əhmədova, 73 yaşlı Rasim Musabəyova, 71 yaşlı Əli Məsimliyə də “qırmızı işıq” yandırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2024, 14:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?