reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda məşhur brendin saxtası hazırlanır? – Araşdırma aparılır

reklam

Azərbaycanda məşhur brendin saxtası hazırlanır? – Araşdırma aparılır


















İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fiziki şəxs Nağıyev Teyran Marif oğlu barəsində araşdırmalar aparır.

Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma “Sinteks” MMC-nin müraciəti əsasında başlayıb.

Bildirilir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddəsinin 2-ci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

“Sinteks” MMC şikayət ərizəsində bildirib ki, “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK yachting” və “HUGO BOSS Trade Mark Management GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından fiziki şəxs Teyran Nağıyev Marif oğlu qanunsuz istifadə edib.

Qeyd edək ki, 1924-cü ildən Almaniyada istehsal edilən “Hugo Boss” geyimlərinin  dünyanın 110 ölkəsində 6 100 satış nöqtəsi var.





Paylaş:


Müəllif : Tarix:
3-03-2024, 16:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər