İmran Xan və həyat yoldaşına daha 7 il həbs cəzası verildi
Pakistanda məhkəmə həbsdə olan keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Büşra Bibini daha 7 il həbs cəzasına məhkum edib.
Büşra Bibinin keçmiş əri Havar Manekanın məhkəməyə etdiyi müraciət əsasında İmran Xan və Büşra Bibinin evliliyinin qeyri-qanuni olduğu barədə qərar açıqlanıb.
Məhkəmə həbsdə olan keçmiş baş nazir Xan və həyat yoldaşı Bibinin qanunsuz nikahda olduqlarını əsas gətirərək hər birinə 7 il həbs cəzası verilməsinə qərar verib.
Qərarda Xan və həyat yoldaşına 3 min 575 dollar cərimə də tətbiq edilib.
Maneka Bibidən ayrıldıqdan təxminən 6 il sonra İmran Xan və Büşra Bibinin qeyri-qanuni nikahda olduqlarını iddia edərək, məhkəməyə müraciət edib.
Maneka müraciətində Bibinin ondan boşandıqdan sonra “iddət” adlanan gözləmə müddətindən əvvəl İmran Xanla evləndiyini və evliliyin İslami evlilik şərtlərinə uyğun olmadığını və qanunsuz olduğunu bildirib.
Məhkəmənin bu qərarı fevralın 8-də keçiriləcək ümumi seçkilər ərəfəsində onların son bir həftədə aldıqları üçüncü həbs cəzası olub. Belə ki, yanvarın 30-da məhkəmə dövlət sirrini ifşa etməkdə ittiham olunan və həbs edilən keçmiş Baş nazir Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşini hər birini 10 il müddətinə azadlıqdan məhrum edib. Yanvarın 31-də isə məhkəmə Xan və həyat yoldaşını hakimiyyət dövründə aldıqları hədiyyələri satmaqda və hədiyyələrin təfərrüatlarını açıqlamamaqda təqsirli bilinərək, hər biri 14 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, keçmiş baş nazir mühakimə olunduğu korrupsiya işi ilə bağlı verilən həbs qərarına əsasən, 2023-cü il avqustun 5-də həbsxanaya göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-02-2024, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Paytaxtda milyonluq layihə sahibi olan "Grand Palace" səkini yola çevirib - Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ...
Nazirliyin 4 milyona yaxın qrant ayırdığı bağçalarda müəmma - Adları ayrı, rəhbərləri eyni...
“Şaurma 1” işi: Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |