reklam
Regionxeberlericom.az » Gündəm » Bu restoranlar şəbəkəsində Azərbaycan vətəndaşını 11 il işlədib əmək kitabçası vermirlər…

reklam

Bu restoranlar şəbəkəsində Azərbaycan vətəndaşını 11 il işlədib əmək kitabçası vermirlər…














Və üstəlik Azərbaycan qanunlarına söyürlər….

Bir neçə gün öncə eşşək ətini dağ keçisi adı ilə Bakıda baha qiymətə restoranlara satan dəstə həbs olundu. Ondan əvvəl “Leş tofiq”in, “Eşşək Tahir”in dəstəsi həbs ounmuşdu və bir müddət sonra azadlığa buraxıldılar. Yəni Azərbaycanda uzun illərdir ki, LEŞ MAFİYASI deyilən cinayətkar şəbəkə fəaliyyət göstərir.

Təsəvvür edirsiniz bu LEŞ MAFİYASI ölmüş, xəstə heyvan cəmdəklərini gətirib Bakıda ucuz qiymətə dönərxanalara satırlar. Bu az qala millətə qarşı genosiddir. Çünki bu xəstə, ölmüş heyvan cəmdəklərindən hazırlanan qidaları yeyən insanlar gec-tez xəstəlik tapmalıdır. Maraqlıdır ki, bu dəstələr rayonlarda, kəndlərdə məskən salıblar. Guya onların fəaliyyətindən kəndin bələdiyyə sədrinin, kəndin icra nümayəndəsinin, kəndin polis müvəkkilinin, kəndin axundunun və s xəbəri yoxdur..?

Əlbəttə, hamısının da xəbəri var. Amma tədbir görən yoxdur. Bu leş mafiyası öz “leş ət”lərini konkret restoranlara, kafelərə, dönərxanalara verirlər. Guya bu obyektlərin adı hüquq-mühafizə orqanlarına bəlli deyil. Əlbəttə, hamısının adını əzbər bilirlər. Bu “leş mafiyası” nə dərəcədə cinayətkardırsa, onlardan “leş” alan obyektlərin sahibləri də o dərəcədə cinayətə şərikdirlər. Çünki onlar da gözəl bilirlər ki, bu ətlər xəstə, ölmüş heyvanların ətidir. Amma ucuz alıb baha satırlar, milyonlar qazanırlar. Ortada millət məhv olur.

Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, belə şəbəkələrdən biri də uzun illərdir Azərbaycanda fəaliyyət göstərən “Böyük Fırat” restoranlar şəbəkəsidir. Bu şəbəkənin tərkibində olan “Büyük Fırat Lahmacun” dönərxanalarından edilən şikayətlər mediada kifayət qədər yayılıb. Ona görə də cəmiyyət üzvləri media üzərindən dəfələrlə müraciət ediblər ki, “Büyük Fırat” restoranlar şəbəkəsinin mətbəxində ciddi monitorinqlər aparılsın. Həm də nəzərə almalıyıq ki, ötən əsrin 90-cı illərindən sonra “Böyük Fırat”ın şəbəkəsi Azərbaycanda geniş yayılıb. Ancaq çox təəssüf ki, türk qardaşlarımızın Azərbaycanda açdığı obyektlərin ( istər məktəb, istər restoran, istər bank və s) sonra arxasından şübhəli isimlər çıxır. Məsələn son illər bu obyektlərin çoxunun adı Türkiyə düşməni Fətullah Gülənin adı ilə əlaqələndirilir. Yəni bunların bines marağı ilə yanaşı siyasi maraqları da var.

Biz ölkəmizdə geniş yayılan “Büyük Fırat”ın üzərinə kölgə salmaq fikrindən uzağıq. Amma.. Amması odur ki, Azərbaycanın qida sektorunda, ictimai-iaşə sahəsində “Büyük Fırat”ın öz xüsusi çəkisi olsa da ona ciddi nəzarət yoxdur. Restoran, dönərxanalar kimi geniş şəbəkəyə sahib olan “Büyük Fırat” ölkəmizdə qida sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb ?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) niyə “Büyük Fırat”a himayədarlıq edir, niyə mətbəxlərində aşkar şəkildə monitorinq aparmır..? Yaxşı Vergilər Dövlət Xidməti bu boyda şəbəkənin vergisi ilə bağlı niyə cəmiyyətə dürüst məlumat vermir..?

Mediada yayılan məlumatlardan bəlli olur ki, “Böyük Fırat” həm də müxtəlif dini sektaların görüş yeridir. Bütün bunlar azmış kimi, “Böyük Fırat” işçilərini əmək müqaviləsi olmadan 10 saat işlədir. Bəs görəsən o boyda Əmək Müfəttişliyi hara baxır..?

Təsəvvür edirsiniz, 11 il “Böyük Fırat”da çalışan Azərbaycan vətəndaşı əmək kitabçasını ala bilmir. Restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyük Fıratın bacısı oğlu Emin Kəklik Azərbaycan vətəndaşlarının hüquqlarını pozur. Azərbaycan vətəndaşı ölkə qanunlarından danışanda qanunlarımızı söyürlər. Hətta deyirlər ki, bizimkilər sizinkilərlə əllə görüşür, heç kim bizə toxuna bilməz... Bizə elə gəlir ki, bura sözün bitdiyi yerdir...Qoy dövlətin müvafiq qurumları nəticə çıxartsın.. Ardı var..

gundelik baki.com




Paylaş:


Müəllif : Tarix:
13-08-2023, 09:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər