reklam
Regionxeberlericom.az » Gündəm » Rafil Hüseynovla bağlı ŞOK İDDİALAR - Belə deyirlər...

reklam

Rafil Hüseynovla bağlı ŞOK İDDİALAR - Belə deyirlər...



















Masallının sabiq, Ağcabədinin indiki icra başçısı Rafil Hüseynovla bağlı yazıya bir az uzaqdan başlamaq istəyirəm. Oğul atasının əməllərinə görə cavab verməli deyil, amma ata öz övladının əməllərinə görə, ən azı mənəvi məsuliyyət daşıyır. Necə ola bilər ki, Rafil Hüseynovun polis kapitanı olan oğlu hər gecə barlarda lüt gözəlçələrlə əylənib şəkillərini sosial şəbəkədə paylaşsın, amma ona gözün üstə qaşın var deyən olmasın.

Atalar deyib ki, su sənəyi suda sınar. Bəli, Rafil Hüseynovun polis kapitanı olan oğlu vətəndaşı evindən, yatağından şalvarsız, tumançaq sürüyüb aparanda...artıq səbr kasası daşdı və onu hüquq-mühafizə orqanlarından qovdular.

Görəsən, öz oğluna belə “tərbiyə” verən ata Rafil Hüseynov necə böyük bir rayona rəhbərlik edə bilər..? Unutmayaq ki, hər rayonda xeyli sayda dövlət qurumlarının təmsilçiləri var. Məsələn, polis rəisi, prokuror, təhsilin müdiri, səhiyyənin müdiri və s. Ancaq hər rayonda Prezidentin 1-cə nəfər təmsilçisi var – Rayonun İcra başçısı.. Görəsən, oğluna tərbiyə verə bilməyən bir ata, necə 100 minlik rayonda Prezidenti təmsil edə bilər..?

Axı, belə atanın özünə tərbiyə verən lazımdır... Görəsən şalvarsız aparılan sıravi vətəndaşın günahı Rafil Hüseynovun günahlarından artıq idi..? Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Masallıda köhnə qəbristanlığın yerini satıb milyonlar qazanmamışdı.. Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid atasına kəllə atmamışdı..?

Axı, həmin sıravi vətəndaş dövlətdən milyonlar oğurlayıb, Novxanıda 10 milyon dəyərində villa tikməyib... Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi uşaq bağçalarındakı körpələrin qidasını satıb yeməmişdi... Loru dildə desək, şalvar çıxartmaq lazım olsaydı, həmin sıravi vətəndaşın deyil...kimlərinsə şalvarı əynindən çıxarılmalı idi...

Axı, həmin sıravi vətəndaş Rafil Hüseynov kimi Ağcabədidə feremerlərə qənim kəsilməmişdi, fermerlərdən külli miqdarda pul yığmırdı, fermerlərin 20 illik icarəsində olan torpaqları başqa birinə satmırdı.

Təsəvvür edirsiniz, vərəndaşın qanunla, sənədlə, sərəncamla icarəsində olan torpağı başqa birisinə satmaq. Rafil Hüseynov Ağcabədidə faəliyyət göstərən bütün dövlət idarələrinin başçılarını aylığa otuzdurub. Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edib pul yığmayıb... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi şəhid, qazi ailələrinə qol çəkdirib pulun azını onlara, çoxunu özünə götürməyib.... Həmin sıravi vətəndaş Rafil Hüseynov kimi rayonun baş həkimi ilə birləşib dəlilik kağızı verməyib... Və daha nələr...

İndi Rafil Hüseynov, əlini qoy vicdanının üstünə və özün de: Kimin şalvarı əynindən çıxarılmalıdır..? Onu da qeyd edim ki, şalvarı çıxardılmaq...dilimizdə fiziki məna deyil, mənəvi məna daşıyır... Əslində Rafil Hüseynov oğlunun biabırçı əməlindən sonra özü təcili istefa verməli idi. Amma vermədi... Ancaq Rafil Hüseynovu da yaxın zamanda xalası oğlu, Masallının icra icra başçısı Şahin Məmmədovun aqibəti gözləyir. Aqibətin mübarək, Rafil Hüseynov... //gundelik-baku.com//




Paylaş:


Müəllif : Tarix:
23-02-2023, 09:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər