reklam
Regionxeberlericom.az » Gündəm » Vaxtilə Hacıbala Abutalıbovun “buldozerə” verdiyi küçə ticarəti yenidən çiçəklənir... - Küçə ticarəti Nəsimi rayonunu sanki xarabazara çevirir...

reklam

Vaxtilə Hacıbala Abutalıbovun “buldozerə” verdiyi küçə ticarəti yenidən çiçəklənir... - Küçə ticarəti Nəsimi rayonunu sanki xarabazara çevirir...














Ötən əsrin 90-cı illərindəki Bakının küçələrini yəqin hamı yaxşı xatırlayır. Şəhərin səkilərində, metro çıxışlarında, az qala asfaltın ortasında insanlar küçə ticarəti ilə məşğul olurdular. Kimi qəzeti yerə sərib göy-göyərti satır, kimi metronun çıxışında siqaret satır, bir başqası corab satır, o biri tum satır...

Bir sözlə, dövlətin paytaxtı Bakı şəhərinin görünüşü dözülməz həddə çatmışdı. Düzdür, bunun obyektiv səbəbləri var idi. Yüz minlərlə qaçqın və məcburi köçkün Bakıya axıb gəlmişdi, yaşamaq üçün lap küçənin ortasında olsa da xırda ticarətlə məşğul olmağa, ailəsini güclə dolandırmağa məcbur idi. Digər tərəfdən Bakıdakı sovetdən qalma zavod və fabriklər bağlanmışdı, hətta qaçqın olmayan Bakı sakinləri də xırda küçə ticarəti ilə məşğul olurdu. Bir sözlə, 90-cı illərin Bakısı yaddaşlarda belə qalıb.

Həmin illərdə Bakının meri olan, mərhum Rəfael Allahverdiyevə dövlət başçısı səviyyəsində dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə olmurdu. Nəhayət Prezident səviyyəsində bu məsələ o zamankı mer Hacıbala Abutalıbova tapşırıldı. Açıq etiraf etmək lazımdır ki, Abutalıbov az qala küçə ticarətini buldozerə verərək, şəhəri qaydaya sala bildi. Düzdür, bu proses xeyli insanı narazı saldı. Amma başqa çıxış yolu yox idi.

Ümumiyyətlə, onu qeyd edək ki, küçə ticarəti dünyanın hər yerində var. Küçə ticarəti xeyli sayda insanın məşğulluğu deməkdir. Küçə ticarəti vasitəsilə dövlətin büdcəsinə xeyli pul daxil olur. Və s. Yəni küçə ticarəti qanuni şəkildə olmalı, sanitar-gigiyenik normalara əməl olunmalıdır. Yoxsa ərzaq məhsulunu yerə düzüb satmaq biabırçılıqdır. Digər tərəfdən küçə ticarəti şəhərin ərazisində az qala “probka” yaradır, insanların hərəkəti çətinləşir. Bütün bunlara son qoymaq üçün küçə ticarəti qanunlarla tənzimlənməlidir. Yoxsa kiminsə malını təpiklə dağıdıb, polisə aparmaq, daha sonra onu cərimələmək və daha nələr. Bunlar çıxış yolu deyil.

Yeri gəlmişkən, xeyli sayda küçə alverçisini cərimələyirlər, özü də 80 manat. O pullar hara gedir, kimlərin cibinə gedir..?

Bir sözlə, küçə ticarətini qadağan etməklə, yaxud obrazlı desək, “buldozerə” verməklə problem həll olunmur. Ölkəmizdə küçə ticarətini tənzimləmək üçün bir sıra problemlərin həlli istiqamətində işlər görülməlidir. Məsələn, sözügedən ticarətçilərin səhiyyə sisteminə əlçatanlığı, sosial müdafiələri, təhlükəsizlikləri və s.

Təsəvvür edirsiniz, bir anlığa rayonlarımızda da küçə ticarətini ləğv edək. Bilirsinizmi, ölkəyə turist axını olanda turistlər iri marketlərə deyil, küçədəki alverçilərə yaxınlaşırlar. Yəni küçə ticarəti bizdə olan kimi toz-torpaqlı, zığ-palçıqlı, antisanitar yerdə deyil, işıqlı, gigiyenik cəhətdən təmiz, səliqəli küçə ticarəti obyektlərində olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində o boyda Ticarət və Xidmət Departamenti var.

Görəsən, o boyda Departament niyə bircə dəfə də olsun küçə ticarəti ilə məşğul olmur, konkret təkliflər irəli sürmür. Bəlkə Hacıbala Abutalıbovu təqaüddən geri çağırıb küçə ticarəti ilə mübarizəni ona həvalə edək..?

Bu gün doğrudan da gözəlləşən Bakı şəhərimizdə küçə ticarəti son həddə çatıb. Adam özü xəcalət çəkir, vətəndaşlar metrolardan çıxa bilmir, alverçilərin əlindən. Bütün bu problemlərin üstünə “ 1 manatlıq” taksiləri də gələndə şəhər əsl cəhənnəmi xatırladır. Metro çıxışlarında xırda ticarətçilərlə taksi sürücülərinin səsindən insan dəhşətə gəlir. XXI əsrdə bu bir rəzalətdir. Ölkəmizə gələn turistlər, əcnəbi qonaqlar bunu görəndə nə fikirləşir...

Yeri gəlmişkən, Bakı ŞİH-nin nəzdindəki Ticarət və Xidmət Departamentinin adını çəkdik. Bəs görəsən yerli bələdiyyələr, rayon, qəsəbə, şəhər bələdiyyələri hara baxır..?

Yeri gəlmişkən, apardığımız canlı müşahidə zamanı küçə ticarətinin Nəsimi rayonu ərazisində lap pik həddə çatdığını gördük. Küçə ticarəti Nəsimi rayonunu sanki xarabazara çevirir.

Görəsən, rayon rəhbərliyi niyə bu küçə alverçilərini boş qalan bazarlara yönəltmir..? Bir sözlə, suallar çoxdur... Bəs, çıxış yolu..?

P.S. Allah ermənilərin nəslinə lənət etsin, ay Asif müəllim.

gundelik baki.com




Paylaş:


Müəllif : Tarix:
5-01-2023, 10:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər