Elton Məmmədov Ucar sakinini intihar həddinə çatdırıb-ŞİKAYƏT

RegionXəbərləricom.az-a müraciət edən Ucar rayonu Qarabörk kənd sakini Qasımov Elvin Kərim oğlu keçmiş deputat Elton Məmmədova görə intihar edəcəyinin anonsunu verdi.
"Keçmiş deputat Elton Məmmədov mənim pulumu verməsə bayram günü özümü yandırıb intihar edəcəm.Artıq benzin alıb intihara hazırlaşmışam.
Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun məni işlədib aldadıb pulumu verməməsi barədə mətbuatda etdiyim müraciətdən sonra özü mənə zəng dedi ki, bank kartını göndər pulunu verəcəm.Təxminən 5-6 saat sonra mənə mesaj yazdı ki, əlindən gələni beş qaba çək sənə pul verilməyəcək.
Mən mətbuat vasitəsi ilə onun qardaşı keçmiş nəqliyyat naziri Ziya Məmmədova müraciət edirəm.
Ziya müəllim o nəsilin ağsaqqalı sizsiniz.Sizə görə Məmmədovlar Azərbaycanda tanınıb.Ona qədər Elton Məmmədovu heç kəs tanımırdı, Sizə görə o deputat olub.Fəhlənin pulunu kəsmək halallıq almadan iş görmək günahdır.Hərçənd ki, hər ikiniz ağsaqqal adamsınız.And olsun O bir olan Allaha ki, Elton Məmmədov məni işlədib 3700 manat pulumu kəsib vermir.Mən Elton Məmmədovun Ucar rayonu Qazıqumlaq kəndindəki, villasında eni 9 uzunluğu 12 metr olan qaraj inşa etmişəm.Orada 3 ay 10 nəfər usta-fəhlə işləmişik.Ucarda nisyə götürdüyüm inşaat materialları maqazinlərinə və fəhlələrə pul borclu qalmışam.Gördüyümüz iş Elton Məmmədovun xoşuna gəlib, gedib sizdə baxa bilərsiniz
Elton Məmmədov iş sona çatanda məni həyətindən qovdu məni polislə hədələdi.Mən haqq-halal pulumu istəyirəm.
Elton Məmmədov mənim pulumu verməsə bayram günü özümü yandırıb intihar edəcəm.Bunun məsuliyyəti bir başa onun üzərinə düşəcək.Çünki mən maqazinlərə və fəhlələrə borclu qaldığım üçün intihar həddinə çatmışam.Bunu isə Elton Məmmədov edib.
Qarşı tərəfin də mövqeyni dərc etməyə hazırıq...
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-12-2022, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO