Londonda daha bir azərbaycanlı oliqarxın məhkəməsi keçirilir
Məhkəmə qərarı ilə azərbaycanlı oliqarx, multimilyonçu iş adamının beynəlxalq çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsi müəyyən edilib.
Yeniavaz.com “Standard”a istinadən xəbər verir ki, sözügedən şəxs kimliyini sirr saxlamaq üçün mübarizə aparır.
Böyük Britaniyanın Milli Cinayət Agentliyinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin üç ailə üzvünə qarşı qaldırdığı iddiada multimilyonçunun “vacib şəxs” olduğu qərara alınıb.
“Evening Standard” və “BBC” kimi media orqanları onun şəxsiyyətinin açıqlanması üçün fəal mübarizə aparır, çünki onlar hesab edirlər ki, bu, Böyük Britaniyanın açıq ədalət mühakiməsi ənənəsini pozur.
Qeyd olunur ki, London Ali Məhkəməsində gün yarım davam edəcək dinləmə mart ayında keçiriləcək. Ali Məhkəmə iddianı təmin edərsə, milyonçunun adı açıqlanacaq.
Xatırladaq ki, 2022-ci ilin yanvarında London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi barədə qərar verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2022, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”