Fərhad Əhmədovun 150 milyonluq şirkətini məhkəməyə verdilər

Son günlər mətbuatda barəsində müxtəlif informasiyalar yayılan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına “Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
“Aznar” QSC-yə qarşı qaldırılan məhkəmə iddiasına 19.12.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə iddiası alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.
Məlumat üçün bildirək ki, Teymur Əhmədov adına “Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 milyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.
Onu da bildirək ki, “Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.
Onu da qeyd edək ki, Vətən Müharibəsindən sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazısını yaydığı üçün Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dindirildiyi bildirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2022, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT – “Analar saçlarını yuduğu üçün isti suyu kəsiblər”

Mülkiyyət və icarə hüququ olmayanların kənd təsərrüfatı torpaqlarındakı evləri ilə bağlı DİN-ə müraciət edilib

Talıbovların daha bir şirkəti üzə çıxdı - Rza Talıbov "Cagteks"ə nə qədər sərmayə qoyub?

BU NƏDİ BELƏ: Mənzillərin qiyməti “göydələn”lərin boyunu aşıb – Bakıda son 15 ilin rekordu