Polis avtomobilinin üzərinə benzin töküb yandırmaqla hədələdi

Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib.
Hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib. Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb.
İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib.
Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib.
Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-10-2022, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB