reklam
Regionxeberlericom.az » Gündəm » “Tender cinayətləri”nin üzə çıxması üçün mütləq nazir həbs olunmalıdır? – Təfərrüat

reklam

“Tender cinayətləri”nin üzə çıxması üçün mütləq nazir həbs olunmalıdır? – Təfərrüat
















Xəbər verdiyimiz kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  

Prosesdə Sabunçu rayonu, Maştağa qəsəbəsində təsərrüfat fəaliyyəti ilə məşğul olan Eldar Əliyev dindirilib. Eldar Əliyev bildirib ki, onun məlumatı olmadan adına şirkətlər açılıb: “Məlikhəsən adlı qonşum var idi. Hər dəfə onu görəndə işsizlikdən şikayət edirdim. Bir gün dedi ki, səni işə düzəldirəm, ayda 200 manat maaş alacaqsan. Maşınla apardı məni sənədlərə qol çəkdik. Mən nə bilim ki, adıma şirkət yaradıb. Necə şirkət rəhbəriyəm ki, evim başıma uçur. Adımı yaza bilməyən adamam, müəssisə nədir? Məlikhəsənin özünün də harada işlədiyini bilmirəm. Qəsəbədə onu quş saxlayan kimi tanıyırdıq".

Xəbəri rus dilində oxuyun: Нужно арестовать министра для раскрытия "тендерных преступлений"? - Подробно

Məlumat üçün bildirək ki, vətəndaşların xəbəri olmadan onların adına şirkətlərin açılması və sonradan həmin şirkətlər vasitəsilə tenderlərdə və digər əməliyyatlarda  saxtakarlığın aparılması barədə əvvəllər dəfələrlə yazmışıq.

Aşağıdakı linklərə daxil olaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz:

Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar - FAKTLAR

Azərbaycanda milyonluq tenderləri kimlər “udur”? - Narkoman, oğru, sürücü... - ARAŞDIRMA

Lakin, maraqlıdır ki, hüquq-mühafizə orqanları nə bu yazılarda, nə də sosial şəbəkələrdə yayılan məlumatlara bugünə kimi münasibət bildirməyib. Belə görünür ki, bu cür hallara hüquqi müstəvidə qiymət vermək üçün hansısa yüksək rütbəli məmurun həbs olunması lazımdır.





Paylaş:


Müəllif : Tarix:
4-10-2022, 10:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər