RUS ORDUSUNUN BÖYÜK İTKİLƏRİ AÇIQLANDI - Rusiyadan şok etiraf gəldi (Yenilənib)

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 21 200-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 838 ədəd tankı, 2 162 ədəd zirehli döyüş maşını, 397 ədəd artilleriya sistemi, 136 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 176 ədəd hərbi təyyarəsi, 153 ədəd helikopteri, 1 523 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 172 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı Rusiyanın son sutkadakı itkilərini də açıqlayıb.
Bildirilib ki, Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib.
Bu arada Ukraynadakı döyüşlərdə Rusiyanın daha bir komandiri öldürülüb.
“AzPolitika.info” Rusiyanın “Tass” agentliyinə istinadla xəbər verir ki, Qərb Hərbi Dairəsinin komandirlərindən biri olan 41 yaşlı polkovnik Mixail Naqamov aprelin 13-də Ukraynda həlak olub.
Məlumatda qeyd olunur ki, polkovnik Moskva yaxınlığındakı hərbi qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, Rusiya Ukraynada indiyə qədər 8 general və 35 polkovnikini itirib. Ukrayna hökumətinin məlumatına görə, Rusiya müharibədə 20 mindən artıq hərbçisini itirib. Rusiya rəsmiləri isə indiyə qədər 1351 hərbçisinin öldüyünü açıqlayıb.
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını, 3 təyyarəsini və 3 “Vpered” helikopterini məhv edib. Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.
Bu arada Rusiyada yayımlanan və Ukraynanın işğalını dəstəkləyən “Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 414 hərbçinin öldüyünü, 7 mininin isə itkin düşdüyünü qəbul etdiyini bildirib.
Teleqraf.com-xəbər verir ki, qəzet internet saytında yayımladığı xəbəri qısa müddətdə silib.
Xəbərdə ölən rus hərbçiləri üçün “yerləri doldurulmayan itkilər” ifadəsi işlədilib.
Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın “Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Gəmidə olan 100 nəfərin də itkin düşdüyü bildirilib.
Rusiya nəşri xəbərin sonunda müdafiə nazirinin müavini Aleksandr Fominin bu açıqlamasına yer verib:“Hazırda döyüşlərin intensivliyi və savaş meydanında cəsədlərin əlçatmaz olması səbəbindən ölənlərin sayını hesablamaq çətindir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2022, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?