"Hər yerə müraciət eləsəm də, heç kəs bir evdə yaşayan iki qazinin harayına səs vermir..." - Nazirə müraciət olundu

Vətən Müharibəsinin qazisi, ön cəbhədə vuruşmuş topçu Rəhman İbişov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova müraciət edib.
Müraciətdə atasının Birinci Qarabağ Müharibəsi qazisi olduğunu, lakin bu günə kimi iş tapa bilmədiyini vurğulayan R.İbişov özünün də eyni tale yaşadığını bildirib.
Nazirdən xahiş olunub ki, onu yaşadığı rayonda işlə təmin etsin.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Hörmətli cənab nazir!
Atam İbişov Zəfər Həbib oğlu 1-ci Qarabağ qazisidir. Müharibədən ciddi travmalar və əsəb sarsıntıları ilə qayıdandan sonra heç bir yerdə iş tapa bilməmişdir. 4 il müharibənin ən qaynar nöqtələrində döyüşməsinə baxmayaraq, ona bircə manat da təqaüd verilməmişdir.
İndi eyni taleyi mən də yaşayıram. Vətən Müharibəsində əvvəldən axıra kimi cəbhənin ön xəttində topçu kimi döyüşmüşəm. Evə qayıdandan sonra ailəmizin ağır durumuna, həm də ailənin tək oğlu olduğuma görə kənddən çıxıb haradasa iş axtarmağa gedə bilmədim. Rayonda çoxlu iş yerləri yaranır, müraciət edirəm, lakin cürbəcür bəhanələrlə başdan eləyib, başqa adamları işə götürürlər. Müharibə vaxtı düşünürdüm ki, sağ - salamat evə qayıtsam, ata-anamın ağır həyatına bir yüngüllük gətirərəm. Amma görünür, bunlar top gurultularının yaratdığı başgicəllənməsindən doğan boş xəyallar imiş. Böyük bir ailəyə kömək etmək əvəzində özüm də yükə çevrilmişəm. Hər yerə müraciət eləsəm də, heç kəs bir evdə yaşayan iki qazinin harayına səs vermir.
Mən sadəcə, rayondakı Yanğınsöndürmə İdarəsində, yaxud sizin tabeliyinizdə olan başqa idarələrdə tez- tez yaranan iş yerlərinin birində ən aşağı vəzifəyə də razıyam.
Sizdən xahiş edirəm, mənə köməklik göstərəsiniz.
Sizə öncədən dərin təşəkkürümü bildirirəm".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-02-2022, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO