Məhkəmə Eldar Mahmudovun övladlarının iddiası barədə qərar verdi - 33 milyonluq mülk...
İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının “Prensa Iberica” media qrupunun beş orqanına qarşı qaldırdıqları iddianı rədd edib.
Yeniavaz.com ispan mediasına istinadən xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz beş ispan nəşrinə qarşı iddia qaldırıb.
Belə ki, Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Iberica” media qrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib.
İddianın mövzusu olan məqalədə Mahmudovun övladlarının yüz milyon avronu keçən çiçəklənən ailə imperiyasının bir hissəsi olan Malyorka, Böyük Britaniya və Litvada qoyduğu daşınmaz əmlak investisiyalarından bəhs edilir. Bildirilir ki, onlar yalnız İspaniyada 33 milyon avrodan çox dəyərində aktivlər əldə ediblər.
Qeyd edək ki, Eldar Mahmudov Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 2004-2015-ci illər aralığında rəhbəri olub. Adı MTN sistemində yaratdığı genişmiqyaslı cinayət və korrupsiya əməllərində hallandırılıb. Bunun nəticəsində Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2022, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.