reklam
Regionxeberlericom.az » Gündəm » Gəncə Dövlət Aqrar Unversitetinin müəllimləri prezidentə müraciət etdi-ŞİKAYƏT

reklam

Gəncə Dövlət Aqrar Unversitetinin müəllimləri prezidentə müraciət etdi-ŞİKAYƏT

 

 Gəncə Dövlət Aqrar Unversitetinin müəllimləri tərəfindən ölkə başçısına və Təhsil nazirliyinə ünvanlanan müraciətdə deyilir;

"Cənab Prezident, vaxtı ilə qatı müxalifətçi olan şəxslər hal-hazırda Gəncə Dövlət Universitetində yüksək vəzifə daşıyır. Rektorun baş müşaviri Asif Cavadov vaxtı ilə Müsavat Partiyasının Gəncə şəhər şöbəsinin sədri Cahangir Əmirovun oğlunun Kəpəz restoranında keçirilən toy məclisində iştirak edən İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderlərinə xoş gəlmək üçün ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəklini ayaqları altına atıb üzərində rəqs edirdi. ”Bəy havası” rəqsi oynayaraq “Azərbaycanın gələcək prezidenti Sizsiz İsa bəy. Siz Azərbaycanın ən layiqli oğlusuz, sizinlə qürur duyuram” deyə tostlar deyirdi.

Asif Cavadov Xalq Cəbhəsi vaxtında cəbhə üzvü olmaqla Azərbaycan Texnologiya Univerisitetində kafedra müdiri və Ana Vətən Partiyasının üzvü olmaqla bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon Dairə Secki Komisiyasının üzvü işləmişdir. Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər Heydər Əliyevin əleyhinə təbligat aparırdı.

Onun həyat yoldaşı, vaxtı ilə Gəncənin Bayraq meydanı yaxınlığındakı yarmarkada alt paltarları satan, indi isə "Psixologiya" kafedrasının müdiri işləyən Zümrüd xanım isə Lalə Şövkətin rəhbərlik etdiyi Azərbaycan Liberal Partiyasının üzvü və Prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur.(Bunu təsdiq edən qəzet materialını Sizə göndəririk). Lalə Şövkət hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi. Asif Cavadov prorektor işləyən zaman bu xanımı "Psixologiya" kafedrasına müdir təyin etdirdi.

Asif Cavadovun oğlu narkotik istifadəçisi Amil Cavadov isə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətində işləyir. Bir neçə il bundan əvvəl qəbul etdiyi narkotik maddənin təsiri altında avtoşluq edərək, Qazax rayonu, I Şıxlı kənd sakini 17 yaşlı Balcanov Musa Natiq oğlunu maşınla öldürmüş, bir ailəni bədbəxt etmiş və 40000 manat verərək cinayət məsuliyyətindən yayınmışdır.

Bir neçə il bundan qabaq Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin kütləvi tədbirdə mikrafona Asif Cavadov haqqında dediyi sözlər yalnız sadə insanları dəhşətə gətirdi. Cənab başçı onun dərin “fəlsəfə” açmaq həvəsini görəndə (belə ki, Asif Cavadov özünü təmiz insan olaraq təqdim edirdi) qısaca dedi: “Kəs səsini, rüşvətxorun yekəsisən, mənə dərs demisən, ancaq sənə müəllim və böyük olaraq müraciət etmərəm! Sən kimsən ki, özünü burada ağsaqqal olaraq təqdim edirsən?!”

Cənab Prezident, Sizin fərmanınızla rektor təyin olunmuş Yadigar Əliyev qısa bir müddət ərzində universitetdə qayda-qanun yaratmışdı. Yadigar Əliyev bir neçə ay rektor işləyə bildi. Asif Cavadovun ulu öndərimizin əleyhinə təbliğat apardığını bildiyi üçün onu vəzifədən də qovmuşdu. Bu dəstə ona işləməyə imkan vermədi. Asif Cavadov və bir neçə şəxs sabiq rektorun kabinetinə girərək onu təhqir etmiş və guya onun səhhəti ilə bağlı işləyə bilməməsi ilə əlaqədar ərizə yazmağa məcbur etdilər. Ona görə də indiki rektor bu şəxsdən qorxur. Hətta universitetin 80 illiyi ilə bağlı təqdimat yazaraq layiq olmadığı halda ona əməkdar müəllim fəxri adı verdirdi.

Heydər Əliyevin şəklini ayaqlar altına atıb tapdalayan bir şəxs ulu öndərimizin memarı olduğu bir dövlətdə, GDU-da həm özü, həm arvadı yüksək vəzifə daşıyır, xidməti maşından istifadə edir. Asif Cavadova verilən xidməti maşın həm də onun ailəsinə xidmət edir. Asif Cavadovun həm özü, həm arvadı, həm gəlini, həm baldızı GDU-da çalışır. Oğlu isə Gəncə şəhəri,Nizami rayon İcra Hakimiyyətində işləyir. Gəlininin isə heç bir savadı olmadığı halda, "Botanika" kafedrasının müdiri Vaqif Novruzov ona havadan dissertasiya yazır.

Asif Cavadov həm də qadın düşgünüdür.Azərbaycan tarixi kafedrasının müəlliməsi Sevda xanım ən gözəl tələbə qızları yoldan çıxarıb,öz evində Asif müəllim üçün əyləncəli gecələr təşkil edir.

İndi isə Asif Cavadov "Tarix" fakültəsinə dekan seçilmək istəyir. Hər yerdə gənc kadrlara üstünlük verildiyi bir halda, qatı müxalifətçi olmuş ,70 yaşlı bir şəxsin dekan olması nə dərəcədə doğrudur? Bu şəxs qapı-qapı düşüb fakültənin professor-müəllim heyətinə ona səs verməkləri üçün 200 manatdan pul paylayır.

Cənab Prezident, bu barədə bir tədbir görməyinizi Sizdən xahiş edirik.


Hörmətlə, Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti adından 

Hüseyn Əlisahib oğlu Bəxtiyarov, tarix üzrə fəlsəfə doktoru,dosent cəmi 227 imza





Paylaş:


Müəllif : Tarix:
3-01-2022, 09:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər