Əmlakı yanan sahibkarlar yolları bağladı - İmişlidə etiraz (VİDEO)

İmişli rayon mərkəzi bazarında 3 ay əvvəl əmlakı yanaraq məhv olan 204 sahibkar məmur qapılarında qalıb.
Ticarətçilərdən biri "AzPolitika.info"-ya bildirib ki, yanğın zamanı külli miqdarda zərərə düşüblər, amma onların nə dərdinə şərik olan var, nə də kompensasiya ödəyən. İcra hakimiyyəti və bazar rəhbərliyi onların şikayətinə baxmır.
Sahibkarlar dünən İmişli rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirərək şikayətlərinə baxılmamasına etirazlarını bildiriblər. "Qapılarda qalmışıq, gəlirik, deyirlər, icra başçısı yoxdur, bizi qəbul etmirlər, şikayətimizi dinləmirlər. Biz cənab Prezidentdən, Mehriban xanımdan xahiş edirik, şikayətimizə baxsınlar", - deyə sahibkarlardan biri deyib.
Şikayətçilər qəbul otağında xeyli gözlədikdən sonra etirazlarını şəhərin əsas prospektlərindən birini bağlamaqla davam etdiriblər. Nəticədə yolda tıxac yaranıb.
Xatırladaq ki, hadisə bu ilin may ayının 25-də baş verib. Nəticədə yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib, ticarət mərkəzinin bir hissəsi xarabazara çevrilib. Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr cəlb olunduqdan sonra söndürülüb.
“Yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m. olan bazarda, təqribən 2 400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub”, - deyə Nazirliyin açıqlamasında qeyd olunub.
Sahibkarlar isə yanğının qəsdən törədildiyini ehtimal edirlər. Onlardan biri "AzPolitika.info"-ya deyib ki, anidən baş vermiş yanğının qısa zaman kəsiyində bütün obyektləri əhatə etməsi, həm də, elektrik enerjisinin normadan artıq gərginliklə ötürülməsi ehtimalını ortaya qoymuş olur ki, bunun səbəbi müəmmalıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2021, 22:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-09-2021, 22:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO