AFFA-da təcili iclas: Rövnəq Abdullayev baş məşqçidən hesabat tələb etdi

Dünən Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya biabırçı şəkildə məğlub olan millimizin oyunundan sonra AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
regionxeberlericom.az-un Bakupost.az-a istinadən xəbərinə görə, milli komandanın baş məşqçisi Nikola Yurçeviçin də iştirak etdiyi iclasda komandanın son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
Qeyd edək ki, milli komandamız seçmə mərhələdə Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-06-2019, 11:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-06-2019, 11:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
19-08-2025, 15:06
19-08-2025, 10:26

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır