reklam
Regionxeberlericom.az » Gündəm » Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran Şəfayət Kərimova kimdir - İLGİNC FAKTLAR

reklam

Mingəçeviri həm yaşıllaşdıran,həm də işıqlandıran Şəfayət Kərimova kimdir - İLGİNC FAKTLAR


Mingəçevir həm kiçik,həm də səliqəli bir şəhərdir.Kür çayı da şəhərin gözəlliyinə xüsusi bir gözəllik qatır. El arasında energetiklər şəhəri adlandırılan Mingəçevir də regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son illər dəyişib. Şəhərin prospekt və küçələri, məhəllələri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb və abadlaşdırılıb,bir çox binaların fasadları üzlənərək rənglənib.Bir sözlə,şəhər yaxşı mənada görkəmini dəyişib.
İlham İsmayılovun Mingəçevir şəhər İcra Hakimiyyətinə başçı təyin olunmasının artıq üçüncü ili yaxınlaşır. Amma Mingəçevirdə sakinlərlə tez-tez səyyar görüşlər keçirməsinə baxmayaraq İlham İsmayılov hələ də əhalinin narazılığına səbəb olan bir çox problemlərin həllinə nail ola bilməyib.İcra başçısı təyin olunana qədər uzun müddət şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olmuş İlham İsmayılova Mingəçevirin problemləri yad olmamalıdır axı. Vəzifə başına təzə keçəndə,səyyar görüşlər zamanı sakinlərə verdiyi bir çox vədləri İlham İsmayılov artıq unudub. Amma sakinlərin gözündən pərdə asmaq üçün abadlıq işləri aparmağı unutmayıb. Tez-tez Mingəçevirdə yolların təmirinə,şəhərin yaşıllaşdırılmasına vəsaitlər ayırır.Milyonlarla manat,amma necə və kimlərin əli ilə? Bunu dövlət satınalmaları yolu həyata keçirdiyi işlərədə açıq-aydın görmək olar.Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi tərəfindən mal-materialların satınalınması üzrə 203200.84 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Ağac tingləri, bəzək kolları, gül-çiçəklərin və ehtiyyat hissələrinin satınalınması üzrə 213 397.44 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “TECHNICAZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TECHNICAZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 13.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, TƏBRİZ, ev 3, m. 0, qanuni təmsilçisinin isə Əhədli Vüqar Həsən oğlu olduğu göstərilir.

Mal-materiallin və əsas vəsaitin alınması üzrə 102 438.38 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Ağac tingləri, bəzək kolları, gül-çiçəklərin və ehtiyyat hisslərinin satınalınması üzrə keçirilmiş müsabiqədə 261 508.53 manat məbləğində satınalma müqaviləsi 29.03.2021-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 11.03.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, 20 YANVAR, ev 8A, m. 19, qanuni təmsilçisinin isə Kərimova Şəfayət Ağasəməd qızı olduğu göstərilir.

Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi 2020-ci ildə də “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyində olub.

Mal-materiallin və ehtiyyat hissələrinin satın alınması üzrə 246 553.57 manat məbləğində satınalma müqaviləsi 06.05.2020-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Ot toxumu, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə 132 660.32 manat məbləğində satınalma müqaviləsi 02.04.2020-ci il tarixdə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Satınalmaların vahid elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi cari ilin mart-iyun aylarında tender yolu ilə müxtəlif mal materialların və xidmətlərin alınması məqsədi ilə ümumi olaraq 1 031 855 manat məbləğində vəsait ayırıb. Portalda yerləşdirdirilmiş məlumatlardan da göründüyü kimi İdarə 2021-ci ildə mal-materialların, ağac tingləri,bəzək kolları və gül-çiçəklərin satın alınması üzrə “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 567 147 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. İdarə 2020-ci ildə də MMC ilə ümumi olaraq 379 213 manat dəyərində satınalma müqavilələri bağlamışdır. Göründüyü kimi İdarə bir il ərzində maddi texniki bazası bəlli olmayan,cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC ilə ümumi olaraq 946 360 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Bundan əlavə Mingəçeviri yaşıllaşdıran “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyəti həm də energetiklər şəhərini işıqlandırıb da. Belə ki,Mingəçevir işiqlanma idarəsinə 2020-ci il ərzində mövcud işıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal-materialların satınalması üzrə 12.05.2020-ci ildə keçirilmiş tenderin qalibi “AYAN-11” MMC olub və Mingəçevir şəhər İşıqlanma İdarəsi ilə 215 187.75 manat məbləğində müqavilə bağlanılıb.

Bəs cəmi 10 manat nizamnamə kapitalı olan,qanıni təmsilçisinin qadın olduğu bu MMC Mingəçevir şəhərində qeyd etdiyimiz işlərin görülməsini necə həyata keçirib? İnternet resursları üzərindən apardığımız araşdırmalarda barəsində heç bir məlumat tapılmayan bu MMC-nin 1,2 milyon manat civarında dövlət sifarişlərini həyata keçirə bilmək üçün nə kimi maddi-texniki bazası mövcuddur.?

Buyursun bu məsələyə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aydınlıq gətirsin. Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin rəisi Əli Ağamirov aydınlıq gətirsin ki, “AYAN-11” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Kərimova Şəfayət Ağasəməd qızı kimin qohumudur ki, bir ilin içərisində bu xanıma etimad göstərilərək Mingəçevirin həm yaşıllaşdırılması,həm də işıqlandırılması işləri həvalə olunub. Bəlkə elə İlham İsmayılovun yaxın,yaxud uzaq qohumlarından biridir,formal olaraq adına yaratdığı MMC ilə Mingəçeviri də “abadlaşdırır”, şəxsi həyatını da. İdarəsinin rəisi Əli Ağamirovun qohumlarından da ola bilər Şəfayət Kərimova.

Burada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin də üzərinə böyük məsuliyyət düşür. Cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC-nin fərqli-fərqli tender prosedurlarında iştirakına necə yol verib? İşıqlanma sisteminin istismarı ilə əlaqədar alınacaq mal-materiallarla, ot toxumu, ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınmasının arasındakı fərqi burada görməmək mümkün deyil. Bunun birincisində mühəndislik tələb olunursa,ikincisində aqrotexnika mütəxəssisliyi tələb olunur. Amma göründüyü kimi Dövlət Xidməti MMC-nin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub, olmaması, maddi-texniki bazası barədə qanunun tələblərini nəzərə almayıb.

Yuxarıda qeyd etdiyimiz kimi Mingəçevir o qədər də boyük olmayan bir şəhərdir. Burada hamı bir-birinə uzaqdan və yaxından qohumdurlar. Yəni hamı bir-birini tanıyır. Biz Mingəçevir şəhərinin rəsmi dövlət qurumlarından onsuz da Şəfayət Kərimovanın kimliyi barədə ətraflı məlumat gözləmirik. Şəhər sakinlərindən rica edirik ki, həm elektrik mühəndisliyini, həm də aqrotexniki xidmətləri bacaran bu universal xanımın kimliyi barədə bizə məlumat versinlər.

Aktualinfo.org


Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 14:00
Sikayət   


loading...
Загрузка...