İsmayıllının icra başçısı 40 min manatlıq qoyun aldı, çobanlar isə sürünü satdı - İDDİA

İsmayıllının icra başçısı Nahid Bağırovla bağlı maraqlı məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, rayonun rəhbəri ilə bağlı məlumatı tanınmış jurnalist, hazırda mühacirətdə yaşayan Qənimət Zahid yayıb.
O yazır ki, Nahid Bağırov bir müddət əvvəl 40 min manatlıq qoyun alıb. “80-200 baş qoyunu Tircan kəndinin icra nümayəndəsi Əhməd Əhmədova verib ki, saxlasın. İcra nümayəndəsi də çobanlar taparaq, qoyunları örüşə buraxıb. Çobanlar biləndə ki, sürü icra başçısınındır, başlayıblar əməliyyata”.
Məlumatda deyilir ki, çobanlar ilk növbədə qoyunların doğduğu quzuları satmağa girişiblər. Daha sonra isə başqa sürülərdəki xəstə, əyərri-axsaq qoyunlarla başçının sağlam qoyunlarına dəyişərək, biznes eləməyə başlayıblar. “Daha sonra isə ümumiyyətlə başlarını açıb qoyunları bir ucdan satmağa. Günün birində icra başçısı ayılıb ki, sürüdə 70- 80 baş qoyun qalıb və bunların da heç biri onun aldığı sağlam, yumurta kimi qoyunlar deyil, xəstə «əcnəbi»lərdir”.
Qənimət Zahid bildirir ki, baş verənlərdən əsəbiləşən icra başçısı bütün icra nümayəndlərini toplayıb və Əhməd Əhmədovdan yığdığı hirsi töküb onların hamısının üstünə. “Və hamısını işdən çıxma ərizəsini alıb ki, «birinci svetoforda» düşürüb rahatca qova bilsin”.
O yazır ki, 40 min manat isə İsmayıllı şəhərində və İvanovka kəndində abadlıq işləri aparmaq üçün büdcədən ayrılmış vəsait imiş. “Başçı çox ağıllı olduğuna görə fikirləşib ki, qoyun biznesinə başlasın, abadlıq işlərini 6-7 ay ləngitsə də dünya dağılmaz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2021, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2021, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?