reklam
Regionxeberlericom.az » Gündəm » Təhsil sisteminin BOZ KARDİNALI... - Nazirliyi o idarə edir...

reklam

Təhsil sisteminin BOZ KARDİNALI... - Nazirliyi o idarə edir...



Bir az açıq danışaq. Bütün zamanlarda rüşvət olub və olacaq. Füzuli əbəs yerə demirdi ki, “Salam verdim, rüşvət deyildir deyə, almadlar”. Amma…
Amması odur ki, elə sahələr var ki, rüşvət orda çiçəklənəndə millətin gələcəyi məhv olur. Məsələn, təhsil sahəsi.
70 il yaşadığımız sovet dönəmində də təhsil sahəsində az-çox rüşvət var idi, amma belə yox.
Axı, Təhsil Nazirliyi Kənd Təsərrüfatı nazirliyi, yaxud Şərabçılıq Komitəsi, Gömrük Komitəsi deyil.
Amma Firudin Qurbanov kimi “qoca təhsil boss”ları təhsil sistemini elə günə qoyub ki, düzəltmək müşkülə çevrilib.
Söhbət 2014-cü ildən təhsil nazirinin müavini olan Firudin Qurbanovdan gedir.
Bu adamın xarici ölkələrdəki biznesini görəndə adam mat-məəttəl qalır. Axı yuxarıda qeyd etdik ki, bu şərabçılıq naziri deyil, təhsil nazirinin müavinidir.
Mediada yayılan məlumatlardan bəlli olur ki, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib.
Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir.
Axı, Firudin Qurbanov otel idarəçiliyini, xidmət sektorunu, ticarət sahəsini haradan bilir və ən əsası bu biznesə yatırdığı pulları haradan qazanıb.
Tanıyanlar bilir ki, Firudin Qurbanov Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ən bərk gedən şəxs olub. Hətta tələbələrin qayıblarını da nə isə qarşılığında sildirib, imtahanlarda əməlli-başlı qazanıb.
Sonralar Firudin Qurbanov bir müddət BDU-da rektor əvəzi də işləyib. Həmin dövrün canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub-qalan nüfuzunu da zay günə qoydu.
Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində çox bahalaşdı. Bu həm də daxili köçürmələrə də aid olub. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin sehrli çubuğu ilə qalxaraq ona yüz minlər qazandırıb.
Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi BDU-nun köhnə bazarına təzə nırx qoydu.
Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi. Bu da cənab Qurbanov üçün əlavə qazanc mənbəyi idi.
Bir məsələyə də ötəri toxunmaq istəyirik, sonra bu məsələni ciddi araşdıracağıq. Belə ki, Firudin Qurbanov distant deyilən 2-ci ali təhsildən bəlkə də milyonlar qazanıb.
Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib.
Bəs Azərbaycan Konstitusiyası deyir ki, məmur bizneslə məşğul ola bilməz. Firudin kimilərin qanunu da, imanı da puldur.
Firudin Qurbanov öz qohum-ərəbasını da təhsil sahəsinə doldurub.
Təsəvvür edirsiniz, orta məktəblərə müəllim, hətta laborant düzəlmək Firudin Qurbanov üçün biznesdir. Məktəb direktorları məsələsi isə Firudin Qurbanovun elə bil özəl biznesidir.
Onu da qeyd edək ki, təzə və gənc nazir Emin Əmrullayevin nazir stajı hələ 1 il deyil, iyul ayında olacaq. Digər tərəfdən gənc nazirin təcrübəsizliyindən istifadə edən Firudin Qurbanov nazirlikdə, ümumiyyətlə, təhsil sektorunda elə əməllər edir ki, nazirin xəbəri olmur. Və yəqin ki, yaxın zamanda bunun səs-küyü qalxacaq.
Firudin Qurbanovun da məqsədi odur ki, naziri qurban verərək, özü nazir kreslosunda əyləşsin.
Görəsən, nazirin bundan xəbəri varmı..? //gundelik-baku.com//


Paylaş:


Müəllif : Tarix:
22-05-2021, 09:09
Sikayət   


loading...
Загрузка...