Sirus Qoçxaninin əməliyyat edəcəyi məşhur müğənni xəstəxanadan qaçdı - QALMAQAL

İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.
regionxeberlericom.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb. Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.
Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşərək əməliyyat masasına uzanmaqdan imtina edərək, evinə qayıdıb.
Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Medicina.az-ın xəbər vermişdi ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır.
Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 17:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2019, 17:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO