Rafael Cəbrayılov həbs olundu – Rəsmi

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluqdan yenisabah.az-a verilən məlumata görə, daşıdıqları vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilib.
Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılmış ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-04-2021, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-04-2021, 15:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:02
Bu gün, 11:55
Bu gün, 11:53
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB