“Şuşaya bir nəfəs qədər yaxınıq” – İlham Əliyev

Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan müharibənin 35-ci günündə - dünən Bakıya gələn Türkiyənin “Habertürk” saytının yazarı, professor Kürşad Zorlu bu gün maraqlı məqalə ilə çıxış edib.
Kürşad Zorlu noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş naziri Binali Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.
Kürşad Zorlu “Cumhurbaşkanı Aliyevden önemli açıklamalar: “Şuşaya bir nefes kadar yakınız!” adlı bugünkü məqaləsində Azərbaycana səfərinin təəssüratlarını bölüşüb.
Müəllif Azərbaycanın Qarabağda apardığı uğurlu mücadilənin bütün Türk Dünyası üçün böyük önəm daşıdığını vurğulayıb.
Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli qonaqları qarşılayarkən "Evinizə xoş gəldiniz!" deyə isti və səmimi münasibət nümayiş etdirib.
O, İlham Əliyevin əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etməyi də unutmayıb. Müəllif məqalədə çox maraqlı bir məqamı da təsvir edib. Bildirib ki, görüşdə Türkiyə nümayəndə heyətinin rəhbəri Binali Yıldırımın İlham Əliyevə ünvanladığı “Şuşada durum necədir” sualına Azərbaycan Prezidenti belə cavab verib: “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır”.
Kürşad Zorlu qeyd edib ki, Azərbaycan Prezidenti Qarabağda aparılan hərbi əməliyyatlarda Ordunun ərazilərin relyefini nəzərə alaraq, çox diqqətlə hərəkət etdiyini də bildirib. "Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən bir az zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar və bacarmadılar. Bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı".
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2020, 13:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-11-2020, 13:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:34
Bu gün, 08:26
Bu gün, 08:25
Bu gün, 08:20
Dünən, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib