“Space” kanalı Rüfətə görə 6 min manat cərimələndi
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) "Space” kanalına qarşı tərtib etdiyi protokol üzrə məhkəmə keçirilib.
regionxeberlericom.az-un Bakupost.az-a istinadən məlumatına görə, Yasamal rayon məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara əsasən, MTRŞ-ın iddiası təmin edilib. Televiziya 6 min manat məbləğində cərimələnib.
MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.
MTRŞ-nın yaydığı məlumata görə, "Space TV"-də "Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkarlanıb. Qurum aprelin 5-də kanal rəhbərliyinin də iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, kanalın 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-04-2019, 17:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-04-2019, 17:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:06
Dünən, 10:26
18-08-2025, 12:40

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”