Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.
Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi “MİDA”ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.
Əcnəbi şirkətə izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-02-2020, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-02-2020, 11:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT