Şirvanda Əsmər Əliyeva “rüzgar“ı – Eldar Mahmudovun “sağ əli”nin qızı haqqında ilginc məlumatlar

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı barədə ilginc məlumatlar yayılıb.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyevanın atası ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevin qızıdır. Əlimusa Əliyev sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olduğu barədə mətbuatda məlumatlar gedib.
Qeyd edək ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi Prezident İlham Əliyev tərəfindən ləğv edildikdən sonra qurumun bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev Əlimusa Əliyevi təhlükəsizlik orqanlarından uzaqlaşdırdı.
Eldar Mahmudovun digər kadrları kimi Əlimusa Nağıyev də dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməyi “bacarıb”. Onun hazırda da bir neçə rayonda mülklərinin, istirahət kpmplekslərinin olduğu deyilir.
Məsələn, deputatlığa namizədin atasının milyonlarla qiyməti olan mülklərindən biri Qaxın İlisu kəndindəki “BERGS HOTEL AND RESTAURANT” istirahət mərkəzidir.
Həmçinin, onun Qəbələ şəhərində də istirahət məkanları var.
Xatırladaq ki, 1985-ci il təvəllüdlü Əsmər Əliyeva 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
O, Bakı Dövlət universitetinin Hüquq fakültəsində Mülki proses və kommersiya hüququ kafedrasında çalışır.
Şirvan şəhərinə yeni təyin edilmiş İcra başçısı İlqar Abbasovun Əsmər Əliyevaya dəstək nümayiş etdirdiyi də yayılan məlumatlar sırasında yer alır.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-01-2020, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-01-2020, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….