"Seçicilərin minnəti olsun ki, mənim danışığıma qulaq assın" - QALMAQAL

Ötən gün saytımızda Fazil Mustafanın seçicilərindən əldə etdiyimiz məlumata əsasən, görüş günü onlara 5 manat məbləğində pul və siqaret payladığına dair yazı verdik.
Xəbərin ajiotaj yaratmasının və millət vəkilinin bunu öz şəxsi "Facebook" hesabında paylaşmasının üzərinə Fazil Mustafa ilə əlaqə saxlayıb mövqeyini öyrənmək istədiyimizi bildirdik.
Əvvəla bu vaxta qədər dəfələrlə Fazil Mustafa haqqında müsbət xəbərlər və açıqlamalar aldığım halda adımı belə xatırlamayan millət vəkilinin mənfi məzmunlu məlumat üzərinə mənə savadsız, jurnalistikadan xəbəri olmayan, "5 manatlıq jurnalist" kimi ifadələr işlətməsi təəccüb doğurdu. Hətta bu təəccübümü özünə də bildirdim.
Fazil Mustafa "Məni dinləmək istəməyən seçicinin minnəti olsun ki, mənim danışığıma qulaq assın. Ona görə də mən belə ucuz kampaniyalara getmirəm. Kifayət qədər tərəfdaşım da var. Sizi məhkəməyə verəcəyəm. Mənə böhtan atırsınız. Mən asfalt çəkən deyiləm, millət vəkiliyəm və bu vaxta qədər bütün Azərbaycan xalqı üçün kifayət qədər işlər görmüşəm. Niyə onlardan yazmırsınız?", - deyə heç gözləmədiyim nəzakətsizliklə nitqinə əlavələr etdi. Üstəlik bizi xalqın, millətin dəyərini anlamamaqda da günahlandırdı. Seçicilərinin millət vəkilinə qarşı mənfi fikirlərini işıqlandırmağımızın bizim dəyərlərimizə, savadımıza və ləyaqətimizə olan əlaqəsini isə anlamış deyilik.
Qeyd etmək istəyirəm ki, yazıda da vurğuladığımız kimi əhalidən aldığımız məlumatlar əsasında verdiyimiz xəbərin məsuliyyətini tam olaraq daşıyırıq. Seçicilərinin Fazil Mustafadan narazılığı və bunun mətbuatda yayılması millət vəkilini narahat etmiş ola bilər. Ki, bu seçki ərəfəsində kifayət qədər normal qarşılanacaq haldır. Amma bu seçicilərin inamını itirmiş olmaq, digər böyük bir qisminin hətta "Kimdi ki bizim millət vəkilimiz?" kimi reaksiyalarının mənbəyi biz deyilik. //kommersant.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2020, 17:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-01-2020, 17:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….