“Gör deputat adını nə qədər aşağılamışıq…” - Müğənnidən sərt sözlər

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müxtəlif sahələrdə çalışan insanlar fikir bildirirlər.
“Yeni Sabah” xəbər verir ki, müğənni Niyam Salami də bununla bağlı fikirlərini izləyiciləri ilə bölüşüb. İfaçı savadı olmayanların, cəmiyyətdə özünü tamamlamamış insanların deputatlığa namizəd olmağını sərt tənqid edib:
“Deyəcəklər ki, Niyam yenə nədənsə şikayət edir. Bu, toplu şəkildə olduğu üçün deyirəm və onlar xalqın, dövlətin dərdinə yanan adam olmalıdır. “İnstagram”ı açıram görürəm ki, özü Azərbaycanda tamamlanmayan adamlar, deputatlığa namizəd olub. Görsəm ki, yaşı ilə, zəkası, adına görə seçilən biri olsa, mən heç nə demərəm. Əksinə, dəstəkləyərəm. Mənim tanıdığım bir çox gənc və lazımsız insanlar namizədliyini verib. Gör deputat adını nə qədər aşağılamışıq… Niyə başqası baxanda gülməlidir ki, buna bax, filankəs də deputatlığa namizəddir. Gör deputat sözünü nə qədər ucuzlaşdırırlar. Gəlin, inciməyək. Deputat olmaq nə deməkdir, bilirsinizmi? Bir institut qurtarıb, ayda-ildə bir dəfə dərsə gedib, sözünün yeri, dəyəri yox, özünün yerini bilməyən adam necə namizəd ola bilər? Mənim nəslimdə iki institut bitirən adam var, amma o namizədliyini vermir, verməz də. Çünki o özünü orada görmür. Amma özünü orada görməyənlər qalstukda şəkil çəkdirir, yalandan eynək də taxır. Guya, gözündə eynək olanda ali savadlı, hörmətli olur. Çox ayıbdır, vallah, belə şeylər etməyin, etməyək. Özümüz öz adımızı da aşağı salırıq, deputat adını da aşağı salırıq”.
Müğənni çox bal toplayan gənclərin deputat olmasını istədiyini də bildirib:
“Bizim kasıb təbəqənin içərisində 600, 700, 800 bal toplayan uşaqlar var. Onların ali savadına qurban olum. Mən heç vaxt səs verməyə getməmişəm, amma onlar namizəd olsa, onlara görə gedib səs verərəm. Çünki mən bilirəm ki, onların savadı var və onlar ailəsinə, özünə, xalqına dəyər verəcək”.
https://video.yenisabah.az/embed.php?vid=2dd3e5d8f
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2020, 12:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2020, 12:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:43
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….