Onun Şamaxıdakı fəaliyyəti araşdırılır... - Daha bir başçı həbs təhlükəsi ilə üz-üzə...

Hazırda Beyləqan rayonuna rəhbərlik edən Şamaxının keçmiş icra başçısı Asif Ağayevin durumu kifayət qədər gərgindir və onun da barəsində hüquqi işləmlər başlaya bilər. regionxeberlericom.az bildirir ki, bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, hazırda Şamaxıya yeni icra başçısı - Tahir Məmmədov rəhbərlik etsə də, rayonda məhz köhnə problemlər səbəbindən ümumi gərgin ab-hava hələ də qalmaqdadır və Şamaxıdan paytaxta ünvanlanan şikayətlər seriyası intensivliyini dəyişməyib.
Mənbənin dia.az-a söylədikləri: "Söhbət təbii ki, Asif Ağayevin dövründəki özbaşınalıqların fəsadlarından və bu zaman hədəfə çevrilən Şamaxı sakinlərinin etirazlarından gedir. Təkcə bir istiqamət üzərə - rayonun abadlıq və quruculuq işlərinə ayrılan vəsaitlərin xərclənməsindən tutmuş RİH-in adi dəftərxana xərclərinə qədər baş verənlər araşdırlarsa, buradan Asif Ağayevə qalın bir ittiham dosyesi çıxarmaq mümkündür".
Mənbə iddia edir ki, yaxın günlərdə Beyləqanın icra başçısı ilə bağlı hüquqi addımlar atıla bilər: "Çünki Ağstafanın fəaliyyətdə olan, Yevlaxınsa işdən çıxarılmış icra başçılarının həbs edilməsi camaatda dövlətə olan inamı daha da artırmış oldu. Buna görə də Asif Ağayevlə bağlı ictimaiyyətə bəlli olan konkret faktlar rəsmi qurumlara müraciət şəklində ünvanlanmaqdadır. Bu faktlarda isə ciddi ittihamlar əks olunub və görünəni odur ki, kimsə Asif Ağayevi bağışlayacaq əhvalda deyil".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Paylaş:
Müəllif : Yazar
Tarix:9-01-2020, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-01-2020, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….