Naziri narahat edən rəqəmlərin səbəbkarı kimlərdir? - “Pulu, adamı varsa...”

Xəbər verdiyimiz kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 16 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə cəmi 14 faizi dissertasiya müdafiə edə bilib.
"Bu məsələ bizi ciddi düşündürməlidir", - deyə nazir qeyd edib.
Məsələ ilə əlaqədar “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, faizin bu qədər az olmasının bir çox səbəbləri var:
“Təəssüf ki, bu gün elmlə məşğul olan gənclərin sayı ciddi şəkildə azalıb. Bu ona görədir ki, dissertasiya işlərinin keçirilməsi zamanı Elmlər Akademiyasında və universitetlərdə çox ciddi şəkildə sıxıntı baş verir, maneələr mövcuddur. Burda müdafiə şuraları qərəzli olaraq, ciddi problemlər yaradırlar. Məhz buna görə də magistraturanı bitirən şəxslər doktoranturaya gəlmirlər. Çünki hər hansısa akademiyanın və institutun doktorantura mərhələsində imtahanlar şəffaf həyata keçirilmir. Kimlərsə öz qohumlarının, bu və digər əyri yolla bu mərhələyə gəlirlər. Digər bir səbəb isə əmək haqqının azlığı ilə bağlıdır. Yəni, doktorant 3 il ərzində itmiş vaxtını kompensasiya edə bilmir. Ona görə ki, dövlət tərəfindən verilmiş vəsait azdır. Azərbaycanda 30 yaşdan aşağı olan doktorantlar yox səviyyəsindədir. Həmçinin, Azərbaycan alimlərinin elmi tədqiqat işlərinə istinad çox azdır. Ali Attestasiya Komissiyası bu işə əl qoysa, gənclər elmə gələrlər. Bu gün müdafiə şuralarının önündə uzun-uzadı növbələr var. Kimlərin pulu, adamı varsa, onlar növbədənkənar müdafiə edirlər. Yerdə qalanlar isə illərlə gözlədilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2019, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2019, 18:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52
22-08-2025, 20:06
22-08-2025, 09:44

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"