reklam
Regionxeberlericom.az » Gündəm » BSU-dan iddia olunanlara REAKSİYA

reklam

BSU-dan iddia olunanlara REAKSİYA

"“Dia.az” informasiya agentliyində 2019-cu il oktyabr ayının 25-də “BSU-da nə baş verir?” sərlövhəli yazı dərc edilib". Qeyd edək ki. bu sözlər dia.az-ın azinforum.az saytına istinadən yaydığı materialına BSU-dan verilən reaksiyada yer alıb.

Daha sonra iddia olunanlarla bağlı deyilir: "Adıçəkilən yazıda iddia edilir ki, guya Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasına elmi dərəcəsi olmayan beş-altı nəfər müəllim işə qəbul edilib. Həqiqətdən çox uzaq olan həmin yazıya cavab olaraq bildiririk ki, Pedaqogika və psixologiya kafedrasına müvafiq peşə-ixtisas dərəcəsinə malik olan müəllimlər işə qəbul edilib və mövcud qanunvericilik onların ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinin müvafiq kafedralarına işə qəbul edilmələrinə icazə verir. Bütün digər kafedralarda da qeyd etdiyimiz bu meyarlar əsas şərt, başlıca amildir. BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin bütün professor-müəllim heyətinə, həmçinin digər əməkdaşlarına eyni mövqedən yanaşır, onlara lazımi diqqət və qayğı göstərir.

Qeyd edək ki, BSU-da işə qəbul zamanı müasir dünyagörüşünə, yaradıcı təfəkkürə, dərin biliyə, pedaqoji peşəkarlıq və təcrübəyə, eləcə də müsbət mənəvi-əxlaqi keyfiyyətlərə malik olan yüksək səviyyəli mütəxəssislərə üstünlük verilir. Belə olan halda bu iddialar tamamilə əsassızdır və reallığı əks etdirmir. Diqqətinizə xüsusi çatdırmaq istəyirik ki, BSU-da son illər təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, təhsilin və elmin inteqrasiyası və vəhdət halında inkişafı, təhsilin beynəlmiləlləşdirilməsi, xarici əlaqələrin genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə fəal iştirak edilməsi üçün məqsədyönlü səmərəli fəaliyyət həyata keçirilir. Müasir dünyamızda ali təhsil sisteminin qarşısında dayanan əsas vəzifələrdən biri insan potensialının ön plana çıxarılması, universitetlərin tədqiqat universiteti statusu qazanmasıdır. BSU-da bu vacib vəzifələrin uğurlu həllinə nail olmaq üçün müxtəlif yeniliklər, ciddi dəyişikliklər, layihələr, proqramlar reallaşdırılır. Belə həqiqətdən uzaq olan yazılar isə BSU-da təhsil və idarəetmə sahəsində həyata keçirilən yeniliklərin, islahatların, innovativ təşəbbüs və ideyaların üzərinə kölgə salmağa, görülən uğurlu işlərin məzmun və mahiyyətini təhrif etməyə yönəlib".

https://azinforum.az/manset/nurlana-%c9%99liyeva-elmi-d%c9%99r%c9%99c%c9%99si-olmayan-kollec-mu%c9%99lliml%c9%99rini-bsu-ya-hansi-m%c9%99qs%c9%99dl%c9%99-yerl%c9%99sdirir/


Paylaş:


Müəllif : Tarix:
28-10-2019, 13:47
Sikayət   


loading...
Загрузка...