“Tapançalı direktor”un məktəbindən şikayət-

Bakı şəhəri 249 saylı tam orta məktəbdə dərs saatlarının bölüşdürülməsi ilə bağlı ciddi narazılıq yaranıb.
Editor.az məktəbdəki mənbələrə istinadən xəbər verir ki, bir qrup müəllim məktəbin direktoru Kəmalə Şıxlinskayanın adından onlara dərs saatı verilməsi üçün qeyri-rəsmi şəkildə pul tələb edildiyini iddia edir.
Müəllimlərin sözlərinə görə, dərs bölgüsü zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulur, saatların bölüşdürülməsində əsas meyar kimi maddi maraqlar və şəxsi dostluq əlaqələri əsas götürülür. Bildirilir ki, direktor bu tələbləri birbaşa deyil, yaxın ətrafı vasitəsilə həyata keçirir.
Qeyd edək ki, sözügedən məktəbin direktoru bir müddət əvvəl tapançalı fotosu ilə sosial şəbəkələrdə və mediada ciddi müzakirələrə səbəb olmuşdu. Kəmalə Şıxlinskaya eyni zamanda 249 nömrəli məktəbdə maskalı manyakın peyda olması ilə bağlı yayılan səs yazısı ilə bağlı gündəmə gəlmişdi.
Editor.az iddialarla bağlı müvafiq rəsmi qurumların mövqeyini öyrənək dərc edəcək.
//Editor.az
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2025, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?