Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı

Naxçıvanda itkin düşdükdən sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı iki general məhkəməyə çağırılır.
Bunlar müdafiə nazirinin sabiq müavini-Əlahiddə Ümumqoşun ordunun eks-komandanı general-polkovnik Kərəm Mustafayev və onun müavini işləmiş general-mayor Rəhim Cəfərovdur.
Generalların Ceyhunun komandiri olmuş polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin işi üzrə ifadə vermələri istənilir. Bu barədə vəsatəti sözügedən şəxslərin vəkilləri qaldırıblar.

Fotoda: Rəhim Cəfərov
Müdafiə tərəfi hesab edir ki, K.Mustafayev və müavini də şahid kimi hakim qarşısına çıxmalıdır. Vəsatətdən məlum olub ki, general-polkovnik Kərəm Mustafayev bu cinayətə görə Respublika Hərbi Prokurorluğunda iki gün dindirilib.
Bu yerdə qeyd edək ki, həmin vaxtlarda bu barədə saytımızda məlumat vermişdik. Amma K.Mustafayevin nəyə görə prokurorluğa çağırıldığı bilinmirdi. Bu gün onun sözügedən cinayətə görə sorğu-sual edildiyi təsdiqini tapıb.
Məhkəmə Kərəm Mustafayevin məhkəməyə çağırılması məsələsini hələ ki, açıq saxlayıb, Rəhim Cəfərovun dindirilməsi ilə bağlı vəsatət isə təmin edilib. General növbəti iclaslarda hakim qarşısında dayanacaq.
Qeyd edək ki, Kərəm Mustafayev elə bu hadisədən bir müddət sonra vəzifəsindən azad edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2024, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO